Modern.az

Mətin Mirzə haradadı?

Mətin Mirzə haradadı?

Aktual

12 Sentyabr 2012, 12:09

Modern.az saytı “Görünməyənlər” rubrikası altında ictimai-siyasi, mədəniyyət, idman həyatında tanınmış olan, lakin uzun müddətdir diqqətdən kənarda qalan şəxslər barədə məlumatları oxuculara çatdırır. Bu dəfə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı  Mətin Mirzəni axtardıq.

2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqlər yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə “KİV-lə açıq nazirlik” nominasiyasında qalib də olub.

Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin əməkdaşı kimi çalışmış Mətin Mirzə haqqında uzun zamandır ki, məlumat yoxdur. Modern. az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda Mətin Mirzə adıçəkilən nazirlikdə fəaliyyətini davam etdirir. O, 2006-cı ildən  mətbuat  xidmətindən gedib və hazırda  nazirliyin digər bir şöbəsində  işləyir. Qeyd edək ki, Mətin Mirzə mərhum aktyor, eks-deputat  Mikayıl Mirzənin oğludur.

Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı