Modern.az

“Surət Hüseynovu polisə çağırıblar, o, getməyib”

“Surət Hüseynovu polisə çağırıblar, o, getməyib”

Aktual

12 Sentyabr 2012, 12:57

Sabiq baş nazir Sürət Hüseynov hazırda Gəncədədir. Bu barədə Modern.az-a Sürət Hüseynovun vəkili Rövşən Yusifov məlumat verib. Vəkil bildirib ki, S.Hüseynovu dəfələrlə polisə çağırıblar amma o getməyib, buna görə də oğlu Nail Hüseynovu tutublar.

Rövşən Yusifov onu da bildirib ki, bəzi güc strukturlarının yerli rəhbərləri Sürət Hüseynovun Azərbaycana qayıtmağından əsassız narahatlıq keçirərək, özlərini yuxarıların gözündə peşəkar simasında göstərmək niyyətilə sabiq baş nazirə qarşı təzyiq kampaniyasına başlayıblar.

Qeyd edək ki, sabiq baş nazir Sürət Hüseynovun oğlu Nail Hüseynov sentyabrın 10-da Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən  “xırda xuliqanlıq və sərxoş vəziyyətdə ictimai yerdə asayişi pozduğuna görə  12 sutka  azadlıqdan məhrum edilib”.
Uzun müddətdir Rusiyada olan Surət Hüseynov bu günlərdə Azərbaycana qayıdıb.

 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı