“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində yeni layihəyə başlayıb. İctimai Birlikdən bu barədə Modern.az-a verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihə Lənkəran şəhərində həyata keçiriləcək və regional gəncləri əhatə edəcək. Bu baxımdan “SAF Həyat Naminə” Gənclər İctimai Birliyini layihənin əhatə edəcəyi gəncləri göstərilən istiqamətdə biliklərini genişləndirmək məqsədi ilə Dövlət Proqramı və ondan bəhrələnmək yollarını gənclərə 17-20 sentyabr 2012-ci il tarixində Lənkəran şəhərində keçiriləcək “Dövlət Gənclər Siyasəti: İmkanlar və Perspektivlər” adlı təlimlər vasitəsi ilə öyrədəcəkdir.
Modern.az