Modern.az

“İnfiniti FX Sebastian Vettel Buraxlışı” - Azərbaycana üç kvoto yeri ayrılıb

“İnfiniti FX Sebastian Vettel Buraxlışı” - Azərbaycana üç kvoto yeri ayrılıb

Aktual

13 Sentyabr 2012, 12:13

Modern.az xəbər verir ki, dünən Nurgün Motors İnfiniti Satış və Servis Mərkəzində “İnfiniti FX Sebastian Vettel buraxlışı”nın mediyaya tanıdılması məqsədi ilə mətbuat konfransı keçirilib. Konfransda İnfinitinin təqdim olunan yeni modeli haqqında mediyaya ətraflı məlumat verilib. 

Model İnfiniti dizaynerləri xüsusi ilə Shiro Nakamuro və İnfinitinin brend siması və Formula 1 üzrə Dünya Çempionatının ikiqat və son çempionu Sebestian Vettel  tərəfindən hazırlanıb. “İnfiniti FX Sebastian Vettel buraxlışı”nın özəlliyi ondadır ki, dünyada müstəsna sayda – cəmi 150 ədəd istehsal ediləcək. 420 at gücü, 6 – saniyədə sürətlənmə qabiliyyəti, 5.0 litr V8 mühərrikli və s. texniki göstəricilərə malik olan “İnfiniti FX Sebastian Vettel Buraxlışı” 180 min dollara satışa çıxarılacaq. 150 ədəd istehsal ediləcək maşın 3 qitə arasında hərəsinə 50 maşın olmaqla, ölkələr arasında kvota ilə bölünəcək. Azərbaycanın payına üç maşın düşəcək. Sifarişlə kvotodan əlavə maşın almaq da mümkündür. Lakin gərgin mübarizə əsasında həyata keçiriləcək modelin satış auksion xarakterli olmayacaq. Yəni təyin olunmuş qiymətə satılacaq. Bu maşına sahib olmaq istəyənlər İnfiniti tərəfindən Fransaya xüsusi dəvət də əldə etmiş olurlar. Belə ki, maşınlar sahiblərinə Fransada təşkil edilmiş xüsusi görüş əsnasında təqdim ediləcək.   2013 –cü ilin əvvəlində sözügedən model İnfiniti Bakı Mərkəzində də satışa təqdim olunacaq.  


Elçin AĞAYEV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı