Modern.az

Əsəd hökuməti ermənilərə müraciət etdi

Əsəd hökuməti ermənilərə müraciət etdi

Aktual

14 Sentyabr 2012, 16:30

Erməniləri evlərini tərk etməməyə çağırdılar

  Suriyada davam edən vətəndaş müharibəsindən bu ölkədə yaşayan çoxsaylı erməni icması da zərər görür. Çoxlu sayda erməni indiyədək müharibədən qaçıb qonşu ölkələrə, xüsusən, Ermənistana sığınır. Hətta Suriyadan köçən ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırıldığına dair məlumatlar var.
Modern.az
saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Bəşər Əsəd hökuməti ermənilərə Suriyanı tərk etməməklə bağlı çağırış ünvanlayıb. Hələbdəki Erməni Apostolik Kilsəsinin keşişi Jirayr Reisyan bu faktı təsdiqləyib. O bildirib ki, hər zaman B.Əsəd hökumətindən xoş münasibət görüblər:
“Bu dəfə də Suriya hökuməti ermənilərə evlərində qalmalarını çağırış etdi”.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır