Modern.az

Bağlanmış universitetin rektoru prezidentə məktub yazdı

Bağlanmış universitetin rektoru prezidentə məktub yazdı

Aktual

15 Sentyabr 2012, 10:10

Keçmiş Müstəqil Azərbaycan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Abbas Mustafayev prezident İlham Əliyevə məktub yazıb. Modern.az  prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sabiq rektorun məktubu prezidentin saytındakı Ramil  Səfərovla bağlı olan bölümdə yerləşdirilib. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Çox hörmətli cənab Prezident!
Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin memarı olduğu müstəqil Azərbaycanımızın üçrəngli bayrağının təhqir olunmasının qarşısını alan, o cümlədən erməni daşnakları tərəfindən işğal edilmiş qədim İrəvan mahalından və doğma Qarabağımızdan olan qaçqın və köçkünlərin qəlbini şad edən Ramil Səfərovun Azərbaycana gətirilməsindəki xidmətlərinizə və əfv olunmasına aid imzaladığınız Sərəncama görə özümün və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. El arasında qeyrətli oğullara aid belə bir gözəl deyim var: “Ananın südü, atanın çörəyi sənə halal olsun”. Həqiqətən bu sözlər Sizə aiddir”.

Mail Ağaxanov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı