Bakı şəhərində üçəm dünyaya gəlib. Modern.az saytının məlumatına görə, dünən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Bərdə rayonunun Qırmızı Samux kənd sakini 22 yaşlı Gülay Abdullayevanın dünyaya gətirdiyi körpələrdən ikisi qız, biri oğlandır.
Körpələr qeysər kəsiyi əməliyyatı ilə dünyaya gəliblər. Həkimlər ananın və uşaqların vəziyyətinin ağır olduğunu deyirlər:
“Ananın və uşaqlardan birinin vəziyyəti ağırdır. Ananın böyrəklərində problem olduğundan hamiləliyin səkkizinci ayında yarımçıq əməliyyat olunub”.
Həkimlərin sözlərinə görə, uşaqlar Elmi-Tədqiqat və Pediatriya İnstitutuna yerləşdirilməlidir. Ananın böyrəklərində problem olduğundan onu bir müddət xəstəxanada saxlamalı olacaqlar”-deyə xəstəxanadan saytımıza bildiriblər.
Qeyd edək ki, bu, Gülay Abdullayevanın birinci hamilələiyidir.
Gültəkin Ələsgər