Modern.az

Ali məktəb bütün tələbələrinə iPad bağışladı

Ali məktəb bütün tələbələrinə iPad bağışladı

Aktual

17 Sentyabr 2012, 14:14

Tədris ilinin ilk günündə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və partnyor universitet - Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman tələbələri təbrik edib, ölkənin təhsil sisteminə dövlət qayğısını və ali məktəbin yaradılması üçün görülən işləri yüksək qiymətləndiriblər.

Modern.az-ın məlumatına görə, Dövlət Neft Şirkətinin adından Bakı Ali Neft Məktəbinə qəbul olmuş 117 tələbədən hər birinə planşetli kompüter (iPad) hədiyyə edilib.

Qəbul imtahanlarında 690 bal toplamış Rza Rəhimov tələbələrin adından və valideynlər çıxış edərək ölkə rəhbərliyinə təhsil sisteminin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.

 

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı