Modern.az

Qənirə Paşayevanın bacısı vəzifəyə təyin olundu

Qənirə Paşayevanın bacısı vəzifəyə təyin olundu

Aktual

17 Sentyabr 2012, 15:45

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində yaradılan Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Bu barədə Modern.az saytına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib.

K.Paşayeva Xəzər Universitetinin məzunudur. O, bu təyinatadək  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin prezidenti olub. ARDNŞ-də vəzifəyə təyin olunandan sonra ictimai birliyin prezidentliyindən gedib.

Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.


Modern.az 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı