Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seçiciləri ilə görüşüb. Modern.az xəbər verir ki, millət vəkilinin Lənkəranın Aşağı Nüvədi kəndində sakinlərlə təmasda olub. Görüş yeni tədris ilinin başlanması ilə bağlı olub. Deputat tərəfindən sosial durumu ağır olan ailələrə yardım göstərilib və ehtiyacı olanlara məktəbli ləvazimatları verilib. Eyni zamanda Hadi Rəcəbli kənd sakinləri üçün qoyun kəsdirib və ailələrə paylanılıb.