Türkiyənin səkkizinci prezidenti mərhum Turqut Özalın oğlu Ahmet Özal atasının məzarının açılması ilə bağlı Modern.az-a açıqlama verib. A.Özal əməkdaşımıza bildirib ki, Özal ailəsi mərhum eks-prezidentin məzarının açılmasına icazə verib.
“Biz bununla bağlı artıq öz qərarımızı verdik. Həqiqətin ortaya çıxması üçün məzarın gərəkirsə, açılmasına da razıyıq. Sadəcə, indiki durumda bu məsələni dövlətin ixtiyarına buraxırıq. Dövlətimiz necə məsləhət bilirsə, elə də etsin”, - deyə A.Özal vurğulayıb.