Modern.az

Əli Həsənov: "İqtidar-müxalifət dialoqunun davamı olacaq”

Əli Həsənov: "İqtidar-müxalifət dialoqunun davamı olacaq”

Aktual

18 Sentyabr 2012, 10:42

Azərbaycan hökumətinin müxalifətlə dialoqlarının davamı olacaq. Modern.az APA-ya istinadən bildirir ki, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

Onun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq: “Proseslərdə fəallıq olacaq - həm siyasi partiyalar, həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarında. Azərbaycan hakimiyyəti cəmiyyətin ayrılmaz hissəsi olan bu qurumlarla işi gücləndirəcək”.  

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...