“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə respublikamızda səfərdə olan məşhur türk yazıçısı və ədəbiyyatşünas alim professor-doktor İskəndər Pala Xətai rayonu ərazisində yerləşən, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi və Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykələri ziyarət edib. Abidə və heykəllər qarşısına gül qoyan Türkiyəli yazıçıya 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.