Modern.az

Beş rayonda məcburi köçkün gənclər bir yerə toplanacaq

Beş rayonda məcburi köçkün gənclər bir yerə toplanacaq

Aktual

19 Sentyabr 2012, 12:50

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin texniki peşə təhsilinə dəstək” layihəsininin icrasını davam etdirir. Təşkilatın mətbuat xidmətinin verdiyi məlumata görə, 5 rayonda - Bərdə, Ağdam, Ağcabədi- Laçın-Taxta Körpü, Goranboy-Ağcakənd, Göygöldə layihənin icrası məqsədilə hazırlıq mərhələsi başa çatıb.
Məcburi köçkün gənclərin texniki peşə təhsilinə marağının artırılması, bu sahədə istedadlı gənclərin aşkarlanması və onların öz peşə sahələrində işlə təmin olunmalarına dəstəyin göstərilməsi layihənin əsas məqsədlərindəndir. Keçiriləcək seminarlarda məcburi köçkün gənclərlə yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı