
Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun dünyasını dəyişməsi barədə xəbər yayılıb. Eks-nazirin vəkili Toğrul Babayev Modern.az-a açıqlamasında Əli İnsanovla bağlı bu xəbərin yalan olduğunu bildirib. Vəkilin sözlərinə görə, Əli İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsindədir.
“Mən də bunu mətbuatda oxudum. Yalan xəbərdir. Əli İnsanov hazırda həbsxanadadır. Mənim bu gün saat 16:00-da Əli İnsanovla görüşəcəm. Hələlik səhhətinin nə yerdə olduğunu deyə bilmərəm. Amma Əli İnsanov sağdır, deyilənlər yalnız şayiədən ibarətdir”, - deyə vəkil vurğualyıb.