Modern.az

Nigar Yaqubluya Ədalət Partiyasından da dəstək gəldi

Nigar Yaqubluya Ədalət Partiyasından da dəstək gəldi

Aktual

19 Sentyabr 2012, 15:17

Mütəllim Rəhimli: “Azərbaycanın məhkəmə-hüquq sistemi cinayəti bədbəxtliyə, bədbəxtliyi cinayətə çevirməməlidir”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun qızı Nigar Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi və qüvvədə saxlanılmasına münasibət bildirib.
M.Rəhimli deyib: “Təbii ki, insan ölümünə səbəb olan bu hadisənin baş verməsi təəssüf doğurur. Lakin nəzərə alınmalıdır ki, Nigarın da içərisində olduğu maşının qəza törətməsi bilərəkdən, əvvəlcədən planlaşdırılmış iş olmayıb, bu sırf təsadüfün nəticəsidir. Həm də burada kimin nə qədər günahkar olduğuna dair də bəri başdan qərar vermək olmaz. İstintaq gedir və hamı onun nəticələrini gözləməlidir. Ona görə də, Nigar barəsində həbs qətimkan tədbirinin seçilməsi istintaqın aparılması nöqteyi-nəzərindən də bir o qədər vacib deyil. Nəzərə alınmalıdır ki, o xanımdır, gənc Azərbaycan qızıdır və üstəlik, təsadüfi qəzalardan heç kim sığortalanmayıb. Nigarın azadlıqda saxlanılması onun istintaqın gedişinə təsir edəcəyi ehtimalını da yaratmır. Nəhayət, şikayətçı tərəf yoxdur. Hələ onu demirəm ki, sonradan onun o qədər də günahkar olmadığı üzə çıxarsa, bu, istintaq orqanlarının və məhkəmələrin milli mentaliteti nəzərə almadığı təssüratını yarada bilər ki, bu da yaxşı hal deyil.

Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sistemi cinayəti bədbəxtliyə, bədbəxtliyi cinayətə çevirməməlidir. İndiki halda bədbəxt hadisə baş verib. Onsuz da bu hadisədə iştirak edənlər baş verən ölüm hadisəsinə görə daxilən əzab çəkirlər. Çünki heç kim onunla eyni avtomobildə gedən şəxsin qəza nəticəsində dünyasını dəyişməsini istəməz, xüsusən də arada qohumluq əlaqələri mövcuddursa... Ona görə də, məhkəmə bütün bu nüansları nəzərə alaraq Nigar Yaqublunun heç olmasa zaminə buraxılmasına dair qərar qəbul etsə, pis olmaz”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı