Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da Peyğəmbəri təhqir edən “Müsəlmanların məsumluğu” filminə cavab olaraq Qətərdə 450 milyon dollara başa gələn film çəkiləcək.
Film 3 bölümdən ibarət olacaq və artıq filmin ssenarisi hazırdır. Filmin prodüseri Əhməd Həşimi bildirib ki, “Peyğəmbərimizi təhqir edən filmə cavab olaraq belə bir film çəkmək və onun necə bir insan olduğunu texniki imkanlarla bütün dünyaya çatdırmaq istədik”.