Uzun müddət qalmaqallarla yadda qalan “Qış bulvarı”nda tikinti işləri davam edir. Əməkdaşımız paytaxtda görülən təmir-bərpa işləri ilə, o cümlədən “Qış bulvarı”nda görülən işlərlə tanış olub. Hazırda Heydər Əliyev adına Sarayın arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazidə beton bərkitmə işləri görülür.
Xatırladaq ki, “Qış bulvarı”nın salınması üçün Şəmsi Bədəlbəyli, Füzuli, Əlimərdan bəy Topçubaşov və digər küçələrində yerləşən ev və obyektlər tamamilə köçürülüb. Parkın 2013-cü ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.


Elçin AĞAYEV