Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri mükafatlandırılıb.
Milli Məclisdə baş tutan görüşdə deputat Hadi Rəcəbli müsabiqədə qalib gələn tələbələri təbrik edərək onları dəyərli hədiyyələrlə mükafatlandırıb.
Deputat müsabiqədə I yerə layiq görülən Bakı Dövlət Universitetinin II kurs magistrı Turac Teyyubqızına “Palıdılı Sahil ” ailəvi istirahət mərkəzinə 3 günlük tur paketi hədiyyə edib.
Daha sonra millət vəkili Hadi Rəcəbli II yerin qalibi Qərb Universitetin siyasi elmlər fakültəsinin tələbəsi Əli Məmmədliyə mobil telefon , III yerin qalibi Bakı Slavyan Universiteti Tərcümə fakultəsinin I kurs tələbəsi Aytac Məmmədovaya Milli Məclisin loqotipi olan dəftərxana dəsti və H.Rəcəbli haqqında olan kitabları hədiyyə edib.
Deputat tələbələrə görüşdə səmimi söhbətdən sonra onlara öz tövsiyyələrini bildirərək gələcək həyatlarında uğurlar arzulayıb.
Modern.az