Modern.az

Hüquq müdafiəçiləri Fərhad Əliyevin kamerasına gedəcəklər

Hüquq müdafiəçiləri Fərhad Əliyevin kamerasına gedəcəklər

Aktual

20 Sentyabr 2012, 12:40

Eks-nazirin azad olunması üçün ciddi çalışırıq”

Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovla görüşüblər. Bu barədə Modern.az saytına Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda baş tutan görüş zamanı Əli İnsanovun azad olunması ilə bağlı məsələ də müzakirə edilib.

“Biz həbsxanalarda keçirtdiyimiz monitorinqlər çərivəsində keçmiş səhiyyə naziri Əli İnsanovla da görüşdük. Təbii ki, biz təkcə Əli İnsanovlda deyil, eləcə də həmin həbsxanada olan digər məhbuslarla da görüşüb monitorinq apardıq. Bu gün mətbautda Əli İnsanovla bağlı müxtəlif məlumatlar yayılır. Amma mən sizə düzünü deyim ki, Əli İnsanovun durumu çox yaxşı idi. Təbii ki, bu insan həkim olduğu üçün özünü qoruya bilir. Doğrudur onun ağır xəstəlikləri var.

Biz Əli İnsanovun azadlığa buraxılması üçün ciddi işlər görürük. Avropa Məhkəməsi də hazırda onun sərbəst buraxılması üçün mühüm işlər görür. Ümid edirik ki, Əli İnsanov və eləcə də bizim siyahımızda olan digər 9 məhbus da azadlığa buraxılacaq”, - deyə S.Qocamanlı bildirib.

Hüquq müdafiəçisi həmçinin  həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də görüşəcəklərini vurğulayıb. “Fərhad Əliyevlə də görüşəcəyik. Biz mütəmadi olaraq həbsxanalarda monitorinqlər aparırıq. Gələn ay bizim planımız var ki, Fərhad Əliyevin olduğu həbsxanada monitorinq aparaq”.

Anar RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı