Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Şurasının səhiyyə sahəsi üzrə ekspertləri Hakan Stoor və xanımı Silvia Vernia Trillo ilə görüşüb. Modern.az-ın məlumatına görə, görüşdə səhiyyə və sağlamlığın qorunması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Deputat avropalı qonaqlarla görüşdə həmçinin bu istiqamətdə görülən işlərdən geniş söz açıb.
Görüşdə İspaniya və Finlandiyadan olan ekspertlər öz ölkələrinin müvafiq qanunları haqqında məlumat veriblər. Avropa Şurasının “pasiyentin hüquqları haqqında” model qanun layihəsinin Azərbaycan dilinə tərcümə olunaraq istifadə edilməsi tövsiyə edilib.
Bildirilib ki, gələcəkdə İspaniya və Finlandiya parlamentinin deputatları ilə görüşərək qanun layihəsinin perspektivləri və işləmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Modern.az