Sabah Bakıda keçiriləcək beynəlxalq konfransda beynəlxalq eksperlər, Avropa Birliyi rəsmiləri Azərbaycan gəncləri ilə bir araya gələcək.
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi sabah Bakı şəhərində gənclərin Avropaya inteqrasiyası mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Təşkiat sədri Vüsalə Hüseynlinin Modern.az-a verdiyi məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin Avropa Birliyinin Şərq Tərəfdaşlığı Platforması çərçivəsində Avropaya inteqrasiyasına dəstək olmaq, yeni təşəbbüslərin təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaq və bununla da, bu sahədə avropalı ekspertlərin ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir:
QHT rəhbərinin sözlərinə görə, tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarınn, Azərbaycanın Avronest PA-kı nümayəndə heyətinin üzvləri, millət vəkilləri Azay Quliyev, Fuad Muradov, Asim Mollazadə, Sevinc Hüseynova, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, səfirliklər, eyni zamanda, Avropa parlamentinin Avstriyadan olan üzvü xanım Ulrike Lunacekin, Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasının həmsədri, Polşanın Unia Fondunun rəhbəri Krzysztof Bobinskinın, Çexiyanın DEMAS təşkilatının icraçı direktoru Sabina Dvořákovánın, Miqrasiya siyasəti və Şərq Programı üzrə ekspert, Polşa İctimai Əlaqələr İnstitutunun təmsilçisi Piotr Kazmierkiewicz və digərləri məruzə ilə çıxış edəcəklər.
Modern.az