Modern.az

Elmar Məmmədyarov iki nazirlə görüşüb

Elmar Məmmədyarov iki nazirlə görüşüb

Aktual

26 Sentyabr 2012, 16:23

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin xarici işlər, ətraf mühit, ticarət, əmək və turizm naziri Apisai İelemia ilə görüş keçirib.

Görüşdə iki ölkə arasında turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaradılması imkanları müzakirə edilib. A. İelemia qeyd olunan sahələrə Azərbaycan tərəfindən investisiya yatırılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib.    E. Məmmədyarov Tuvaludan olan tələbələrin, gənc diplomatların Azərbaycan Diplomatik Akademiyada təhsil almaq imkanlarının mövcud olduğunu da qeyd edib.   Bundan başqa, E. Məmmədyarov albaniyalı həmkarı Edmond Panariti ilə görüş keçirib. E.Panariti Azərbaycan Respublikası Milli Məclisinin sədrinin bu yaxınlarda Albaniyaya etdiyi səfəri yüksək qiymətləndirib  və bu səfərin ikitərəfli münasibətlərə önəmli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı