Modern.az

Deputat beynəlxalq tədbirdə narazılığını dilə gətirib

Deputat beynəlxalq tədbirdə narazılığını dilə gətirib

Aktual

27 Sentyabr 2012, 11:26

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov “Körpülərin salınması” Beynəlxalq Konfransında çıxış edib. Öz nitqində o, bildirib ki, təmsil etdiyi ölkədə əsas müzakirə məsələsi Azərbaycanın məruz qaldığı təcavüz və ölkəmizə qarşı ayrı-seçkilikdir.

“Dağlıq Qarabağ problemini çox vaxt bunu münaqişə adlandırırlar. Bu münaqişə deyil, bu, Ermənistanın Azərbaycana qarşı təcavüzüdür, biz ölkə də təcavüzə məruz qalandır. Bunun da çözülməməsinin səbəbi bir neçə illərdir ki, bir çox beynəlxalq təşkilatlarının qəbul etdiyi sənədlərin keçərli olmamasıdır. Bu sənədlər artıq saralıb-solmuş kağızları xatırladır. 20 ildir ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyəti yox dərəcəsindədir”.

E. Süleymanov vurğulayıb ki, ermənilər dünyaya meydan oxumasının səbəbi beynəlxalq təşkilatların onlara müdaxilə etməməsidir.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı