Modern.az

“Hollivud kimi nəhənglə yarışmaq gücümüz yoxdur” - Mədəniyət Nazirliyinin rəsmisi

“Hollivud kimi nəhənglə yarışmaq gücümüz yoxdur” - Mədəniyət Nazirliyinin rəsmisi

Aktual

27 Sentyabr 2012, 12:29

Azərbaycanda hər il iki, üç, bəzən isə dörd filmin çəkildiyi haqqında məlumat açıqlanır. Amma nədənsə bu filmlərin geniş tamaşaçı kütləsi tərəfindən izlənməsi mümkün olmur. Ən böyük dərdlərimizdən biri də filmlərin prokata verilməsi dərdidir. Müəyyən filmlər bir-iki dəfə Heydər Əliyev Sarayında göstərilir, media üçün təqdim olunur, vəssalam. Sonra hansısa kanalda bir dəfə göstərərlər, ya yox. Çəkilən filmlər rəflərdə qalır və kinolar həyat görmür. İstehlakçı yoxdursa, o zaman bu kino niyə istehsal edilir. Və ya niyə istehlakçı videoprokatlarda bu kinonu görə bilmir?

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov yeni çəkilən filmlərin prokatlara yol tapmamasının səbəbini ilk növbədə filmlərin çəkildikdən sonra kinoteatrlarda izlənmə imkanının məhdud olması ilə bağlı olduğunu deyir. Əməkdar kino işçisi bildirir ki, filmlər yalnız teatrlarda izləndikdən sonra prokatlara yol tapa bilər.

“Bu onunla bağlıdır ki, kinoteatr azdır. Bölgələrdə kinoteatr yoxdur. Bütün dünyada kinoteatr və film nümayişi gəlir gətirən sahədir. Hazırda istismarda olan kino nümayişi obyektləri – “Park Cinema” və yaxud “Azərbaycan” kinoteatrı, Nizami Kino Mərkəzi – bunlar hamısı kino sahiblərinə gəlir gətirir. Sahibkarlar artıq bunu başa düşməyə başlayıblar. Bakı şəhərində tikilən və artıq hazır olan ticarət və əyləncə mərkəzlərində çox zallı , 7 zaldan ibarət kino komplekslər yaradılır. İş adamları nəhayət anlaya biliblər ki, kinodan pul qazanmaq imkanı var.  

Y.Şeyxov onu da vurğulayıb ki, filmlərimizin prokatlara çıxmaması çəkilən yeni kinoəsərlərin keyfiyyəti də öz təsirini göstərir.
“Bütün dünya ölkələrinin milli kinematoqrafiyaları bir nəhənglə – “Amerika kinosu” adlı məfhumla üz-üzə durub. Və 10 illiklərdir ki, mübarizədə Amerika kinosu qalib gəlir. Bir çox ölkədə milli kinematoqrafiya məhv olub. Azərbaycanda isə həmişə kinoya münasibət müsbət olub. İnanıram ki, vəziyyət müsbətə doğru gedəcək. Hazırda üç yerdən zəng ediblər ki, festival üçün filim göndərək. Bir filmimiz Tacikistana beynəlxalq festivala, biri də Daşkəndə getməlidir . Festivaldan sonra göndərilən filmlərə vətəndaşların da baxmaq imkanı var”.

Şahanə Rəhimli

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı