Modern.az

Milli Şura Afrika təşkilatı ilə müqavilə bağladı

Milli Şura Afrika təşkilatı ilə müqavilə bağladı

Aktual

27 Sentyabr 2012, 17:07

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Pan-Afrika təşkilatı ilə müqavilə bağlayıb. Modern.az xəbər verir ki, bu gün ARGTMŞ və Afrika qitəsində yerləşən 55 ölkənin gənclər təşkilatlarını özündə birləşdirən Pan-Afrika Gənclər Birliyi arasında görüş keçirilib. Görüşün məqsədi sözü gedən ölkələrin gənclər təşkilatarı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Görüşdə ARGTMŞ-a üzv olan gənclər təşkilatı iştirak ediblər.Görüş zamanı ARGTMŞ və Pan-Afrika Gənclər Birliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu memorandum təşkilatların birgə layihələrinin təşkilinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə imkan yaradacağı bildirilib.  


Tədbirdə çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə  Şura haqqında qonaqlara məlumat verib.

Daha sonra isə  Pan-Afrika Gənclər Birliyinin Baş Katibi Tendai Venyika çıxış edib və birliy haqqında məlumat verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı