Modern.az

Arif Rəhimzadə də qalmaqallı videoçəkilişdən danışdı

Arif Rəhimzadə də qalmaqallı videoçəkilişdən danışdı

Güncel

2 Oktyabr 2012, 14:19

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deputat Gülər Əhmədova və keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı yayımlanmış videomateriala münasibət bildirib.

Modern.az saytına açıqlama verən A.Rəhimzadənin sözlərinə görə, olayın bu həddə gəlib çıxması Yeni Azərbaycan Partiyasının ləyaqətinə, şərəfinə toxunan məsələdir:

“Məsələ ilə bağlı istintaq gedir. İstintaq Gülər Əhmədovanın günahını sübuta yetirsə, ondan sonra bütün məsələlər başlayacaq. Yalnız bundan sonra Milli Məclisdə, Yeni Azərbaycan Partiyasında bu işə baxılacaq. Təbii ki, istintaq Gülər Əhmədovanın günahkar olduğunu sübuta yetirərsə və onun belə şeylər etdiyi təsdiqlənərsə, cəzalandırılmalıdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı