Turgut Özalın məzarı açıldı. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, mərhum prezidentin cəsədi məzardan götürülüb və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə götürülüb. Baş idarənin rəhbəri Haluk İncə bildirib ki, cümə ya da şənbə günü cəsəd prezidentin ailəsinə təslim ediləcək.
Məzarlıqda analiz üçün cəsədin qoyulduğu yerdən və torpağın altından təxminən 40 və 60 santimetrlik hissədən örnək götürüləcək
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə müəmmalı şəkildə dünyasını dəyişib. Sabiq prezidentin ailəsinin israrlı təkidlərindən sonra Türkiyə hökuməti T.Özalın məzarının açılması haqda qərar qəbul edib.
Modern.az