Modern.az

Putin Ərdoğanla birgə Bakıya gəlir

Putin Ərdoğanla birgə Bakıya gəlir

Aktual

3 Oktyabr 2012, 11:11

Rusiya prezidenti ilə Türkiyə baş nazirinin səfəri barədə geniş məlumat verilmir

Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının iclasında iştirtak etmək üçün Ankaraya səfərə gəlir. Modern.az “Sabah” qəzetinə istinadən bildirir ki, səfər zamanı Putin Ərdoğanın qonağı olacaq. Səfər iki gün davam edəcək.

Oktyabrın 16-da isə Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştriak etmək üçün Bakıya gələcək. Qəzet informasiyalı mənbələrə istinadən bildirir ki, Putinin Ərdoğanla birlikdə Bakıya gələcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!