Modern.az

Azərbaycanlı tələbələr Kiprdə bir ilkə imza atdılar

Azərbaycanlı tələbələr Kiprdə bir ilkə imza atdılar

Aktual

3 Oktyabr 2012, 17:44

Avropanın ən böyük kitabxanalarından biri olan Yakın Doğu Universitetin Böyük kitabxanasında   “Azərbaycanlı Öyrəncilər Birliyi” tərəfindən Azərbaycan bölməsi yaradılıb. Mədəniyyətimizi, tariximizi, dilimizi və onun dünya ölkələri arasında mövqeyini tanıtmaq məqsədi ilə “Böyük kitab kampaniyası” adı altında Azərbaycan diaspora komitəsinin köməkliyi ilə təqdimat keçirilib.  Təqdimatda universitetin rektor mavini Prof. Dr. Fexreddin Sadıqlı “Böyük kitabxananın  müdir müavini İsmet Aksular, azərbaycanlı öyrəncilər konseyi üzvü Vasif Qədirli, Rizvan Allahverdiyev, Toğrul Salehli, Nigar Umudlu, Fəqani Qasımov və Nərmin Əliyeva və digər tələbələr iştirak ediblər. Azərbaycanlı tələbələr universitet rektoru  Prof. Dr. Suat Günselə və kitabxana heyyətinə göstərdikləri böyük səylərə görə dərin təşəkkürlərini bildirdilər.  Kitabxana müdir muavini İsmet Aksular isə Azərbaycanlı öyrəncilərə düşünülmüş mənalı addımlarına görə təşəkkür etdi və bu hərəkətin  universitetin kitabxanasında bir ilk olduğunu və burda olan bütün xarici tələbələrin Azərbaycanlı öyrəncilərdən örnək alacaqlarını bildirib.

 

Toğrul Salehli

Kipr

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı