Modern.az

Əsəd rejimi Türkiyədən üzr istədi

Əsəd rejimi Türkiyədən üzr istədi

Aktual

4 Oktyabr 2012, 09:10

Dünən axşam saatlarında Türkiyə ilə Suriya arasında yaşanan bombalı saldırılardan sonra rəsmi Dəməşq üzr istəyib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Suriyanın rabitə naziri Zubi hadisə ilə əlaqədar Türkiyəyə başsağlığı mesajı göndərib. Nazir Suriya hökumətinin baş verən hadisələrdən məyus olduğunu bildirərək hadisə ilə bağlı araşdırmaların aparıldığını vurğulayıb.

Başsağlığı məktubunda Suriyalı nazir Əsəd rejiminin qanlı olaylardan dolayı peşmançılıq duyduğunu ifadə edib.

Qeyd edək ki, dünən axşam saatlarında Suriya Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsinə bir neçə istiqamətdə zərbələr endirib. Yarım saat davam  edən bombalı saldırılardan sonra 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Türkiyə də buna cavab  olaraq Suriyanın sərhəd bölgələrinə qarşılıqlı zərbələr endirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı