Modern.az

ABŞ səfiri Bakıda necə azdı?

ABŞ səfiri Bakıda necə azdı?

Aktual

4 Oktyabr 2012, 13:13

Oktyabrın 4-də Bakıdakı Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Modern.az xəbər verir ki, Forumda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir.

Foruma xarici ölkələrin Azərbaycandakı səfirləri də qatılıb. Əməkdaşımızın verdiyi məlumata görə, forumda iştirak edən Amerka Birləşmiş Ştatlarının Azərbaycandakı yeni səfiri Riçard Morninqstarla bağlı maraqlı hadisə yaşanıb, o, azıb.

Belə ki, tədbir keçirilən binanı tərk edən səfir ərazi böyük olduğundan və Mərkəzin ətrafında həddindən artıq çox maşın dayandığından bir müddət öz avtomobilini tapa bilməyib. Riçard Morninqstar öz avtomobili və mühafizəçilərini tapmaq üçün Heydər Əliyev Mərkəzinin dörd bir yanını bir neçə dəfə hərlənməli olub. Bir xeyli axtarışdan sonra səfir çətinliklə öz avtomobilini və mühafizəçiləri tapa bilib. Bu isə təxminən yarım saatadək sürüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı