Dünyada Facebook istifadəçilərinin sayı 1 milyardı keçib. Facebook-dan istifadə edənlərin sayına görə birinci yeri Şimali Amerika, ikinci yeri Avstraliya və Okeaniya, üçüncü yeri Cənubi Amerika, dördüncü yeri Avropa, beşinci yeri Asiya, 6-cı yeri isə Afrika ölkələri tutur. Mobil telefonla Facebook-dan istifadə edənlərin sayı isə 600 milyonu keçib.
Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, bu statistika Facebook yaradıcısı Mark Zukerberq tərəfindən açıqlanıb. O bildirib ki, “bu sosial şəbəkədə 1 milyard insanın ünsiyyət yaratması mənim üçün çox qürur vericidir, bu xidmətdən istifadə etməyiniz bizə şərəfdir”.