Modern.az

Quba “Alma bayramı”na hazırlaşır

Quba “Alma bayramı”na hazırlaşır

Aktual

4 Oktyabr 2012, 18:16

“Oktyabrın 6-da Quba rayonunda Alma bayramı keçriləcək. Bayramda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın ictimai-siyasi xadimləri, 10-yaxın səfirlik nümayəndəsi, Milli Məclisin deputatları və əslən Qubadan olub Bakıda yaşayan ziyalılar olacaq”.

Bu sözləri Modern.az saytına açıqlamasında Quba rayonu İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova deyib. O qeyd edib ki, bayram saat 11:00-da başlayacaq.

“Saat 11-də Heydər Əliyev prospektinin aşağı hissəsindən Quba meydanına qədər yürüş keçiriləcək. Yürüşdə bayraq aparanlar, 100 nəfər tərkibdə fərdi idman oyunlarının üzvləri, Taekvando Federasiyasının üzvləri, musiqi heyəti və rəsmi heyət iştirak edəcək. Daha sonra müxtəlif ekspozisiyalar nümayiş olunacaq. Eyni zamanda milli azlıqların güşəsində onların mətbəxləri, mədəniyyəti göstəriləcək.  Qazanun üstündə isə almadan hazırlanmış butalar və bayramın loqosu olan “Quba-2012” tablosu olacaq”.  

A.Həsənova bildirib ki, həmin gün eyni zamanda valideyin himayəsindən məhrum olmuş iki şəxsin nikah mərasimi keçiriləcək: “Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert və sonda böyük atəşfəşanlıq olacaq”.

Aytən ƏLİYEVA
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı