Modern.az

Misir Mərdanov müəllimə verilən qiymətdən danışıb

Misir Mərdanov müəllimə verilən qiymətdən danışıb

Aktual

4 Oktyabr 2012, 18:44

Müəllimlər günü ilə bağlı Heydər Əliyev sarayında tədbir öz işinə başlayıb. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək müəllimləri təbrik edib. O bildirib ki, ölkədəki müəllimlər əsas qüvvələrdən biridir.
“Biz hamımız  müəllimlərə borcluyuq. Hər il beynəlxalq müəllimlər günü münasibətilə müəllimlərə fəxri adlar verilir. Bu il də verildi. Cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”. Nailə Rzaquliyeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təbrik məktubunu da oxuyub.

Daha sonra thsil naziri Misir Mərdanov çıxış edib. O, 5 oktyabr Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edərək bildirib ki, ölkədə müəllimlərə böyük diqqət və qayğı göstərilir.

“Cənab prezident İlham Əliyev müəllimlərə böyük diqqət və qayğı göstərir. Bu il də onlara müxtəlif fəxri adlar verilib. Ümumiyyətlə, Azərbaycanda 150 mindən çox müəllim var ki, bunun da 30 minə yaxını Bakıdadır. Eyni zamanda təkcə Bakıda 310 minə yaxın şagird təhsil alır. Xaricdə isə 10 minə yaxın gənc təhsil alır ki, bunun da əksəriyyəti sonradan ölkəyə qayıdır. Təhsil aldıqları ölkələrdə qalanlar isə beynəlxalq təşkilatlarda işləyir və Azərbaycnı orada təbliğ edir”.

Misir Mərdanovun çıxışından sonra tədbirin rəsmi hissəsi başa çatıb. Bundan sonra bədii hissə başlayıb.

Sevinc İltifatqızı
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı