Modern.az

Azərbaycan-Amerika Şurasının sədri Ceyhun Mollazadə: “Türkiyə müttəfiqlərinin dəstəyini almalıdır, sonra…”

Azərbaycan-Amerika Şurasının sədri Ceyhun Mollazadə: “Türkiyə müttəfiqlərinin dəstəyini almalıdır, sonra…”

Aktual

4 Oktyabr 2012, 19:46

Oktyabrın 3-də Suriya ordusunun Türkiyə ərazisini atəşə tutması nəticəsində 5 dinc sakinin həlak olmasından sonra rəsmi Ankara adekvat addımlar atmaq üçün fəal siyasi-hərbi  hərəkətlilik nümayiş etdirdi. Artıq, Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edilib. Bundan sonra hökumət istəsə ordu Suriya ərazisinə keçib orada hərbi və ya humanitar əməliyyatlar apara biləcək.

Türkiyənin bu qərarına qarşı ilk çıxan isə Suriyadakı rejimin dəstəkçilərindən Rusiya olub. İndi hamını düşündürən məsələ Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi halda ənənəvi müttəfiqlərinin, NATO-nun və ABŞ-ın ona hərbi dəstək verib-verməyəcəyidir. Bölgədə yaranmış kritik vəziyyətlə bağlı Modern.az saytının suallarını cavablandıran Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, Amerika-Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, Türkiyə parlamentinin qərarı orduya ölkədən kənarda hərbi əməliyyatlar aparmaq səlahiyyəti versə də, bu hələ rəsmi Ankara üçün manevr imkanlarını saxlayır:

“Ona görə də, əgər Türkiyənin kənardan dəstəyə ehtiyacı varsa,  Türkiyə höküməti təkbaşına hərbi əməliyyatlara başlamaqla bağlı qərarı verməzdən əvvəl, həm ABŞ, həm də Avropadakı müttəfiqləri ilə təcili məsləhətləşmələrə başlamalıdır. Bu məsləhətləşmələri tələb etmək həm də bir NATO üzvü kimi Türkiyənin hüququ, haqqıdır. Məncə, Türkiyə müttəfiqlərinin dəstəyini alandan sonra radikal addımlar ata bilər”.
“Bəs, indiki vaxtda Türkiyənin ata biləcəyi ən doğru addım nə olardı” sualına cavabında C.Mollazadə bunu qardaş ölkənin rəhbərlərinin müəyyən edəcəyi iş olduğunu deyib: “Çünki, onlar hadisələrin ortasındadırŞ bizsə kənarda”.

M.Yaqublu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı