Modern.az

Turqut Özal bu gün dəfn olunacaq

Turqut Özal bu gün dəfn olunacaq

Aktual

5 Oktyabr 2012, 11:17

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın nəşi üzərində araşdırmalar tamamlanıb və bu gün dəfn olunacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, ailəsinin də qatılacağı dini mərasimlə eks-prezidentin nəşi “Topqapı” qəbristanlığında dəfn olunacaq. Məzar T. Özalın ailəsinin istədiyi kimi, yenidən mərmər olmayacaq, sadəcə üzəri torpaqla örtüləcək.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi iki gün ərzində T. Özalın nəşindən toksikoloji və kimyəvi araşdırmalar üçün nümunələr götürüb. Bu müddət ərzində nəş sadəcə 5 adamın girə bildiyi xüsusi bir otaqda saxlanılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı