Modern.az

Sağlam gülüş üçün dost yardımı - AKSİYA

Sağlam gülüş üçün dost yardımı - AKSİYA

Aktual

5 Oktyabr 2012, 13:44

“AZERCELL” KİMSƏSİZ UŞAQLARA PULSUZ STOMOTOLOJİ XİDMƏT GÖSTƏRİR

Uşağın ilk dişinin çıxarması, sonra süd dişinin ağrısı... valideynlərin həyəcanlı günlər keçirməsinə səbəb olur. Bu, onun həyata dair önəmli addımları sayılır. Amma sonradan təbii səbəblərdən dişlər də xarici təsirlərin hücumuna məruz qalır. Azərbaycanda  əhalinin 90-95 faizində kariyes var  ki, bu göstəricini böyük bir hissəsini uşaqlar təşkil edir. Azercell şirkətinin Üfüq Xeyriyyə Cəmiyyəti ilə ortaq həyata keçirdiyi “Mobil Diş Klinikası” layihəsi məhz bu problemin həllini nəzərdə tutur. Layihə rəhbəri Akif Əhmədov bu layihənin missiyasının uşaq evlərində məskunlaşan və ehtiyacı olan uşaqlara yardım etmək olduğunu dedi.

Akif müəllimin dediyinə görə, Mobil Diş Klinikası profilaktik tədbirlər, müayinə və kiçik müalicələr aparmaqla bərabər, “Ümid Yeri”ndə məskunlaşan 16 yaşlı bir qızın dişlərində kiçik bir əməliyyat da keçirib: “Əslində bildiyiniz kimi, biz yalnız müalicələr aparırıq, lakin bir gün atalığı tərəfindən dişi sındırılan və ümumiyyətlə bütün dişlərində ciddi problemləri olan qıza protez qoydurduq. Yəni texniklərlə, həkimlərlə danışdıq və bu prossesi həyata keçirdik. Protez qoyulana qədər bu 16 yaşlı qızın qidalanmasında da çətinliklər var idi. Protezdən sonra isə artıq o, normal qidalana bilirdi”- deyən Akif Əhmədovun sözlərinə görə, fəaliyyətlərində bu cür istisna hallar da olub”.

 A.Əhmədovun dediyinə görə, 2009-cu ildə layihə Azercell Şirkətinin də diqqətini cəlb edib: 

”Azercell şirkətinin maddi dəstəyi maşın üzərində diş kabineti qurmağa imkan verdi. Avadanlıqlar alındı, bütün standartlara cavab verən sistem quruldu”.

Bu diş kabinetində həmçinin alətlərin standarta uyğun sterilizasiyası üçün ayrıca  sterilizasiya otağı var. Adından da göründüyü kimi, stomotoloji kabinet səyyar fəaliyyət göstərir. Bu gün Bakıda, sabah Gəncədə, o biri gün isə Yevlaxda... Proqram çərçivəsində bu günə qədər xeyli uşağa stomotoloji xidmət göstərilib. Belə ki, pulsuz stomotoloji xidmət 2010-cu ildə 1500, 2011-ci ildə isə 770, 2012-ci ilin iyul ayına qədər 712 uşağı əhatə edib. 2012-ci ilin sonuna qədər isə bu problemdən əziyyət çəkən daha yüzlərlə uşağın müalicəsi aparılacaq.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı