Modern.az

Zərdüşt Əlizadə: “Suriya müharibəsi başlasa, Azərbaycan Türkiyəni dəstəkləyəcək”

Zərdüşt Əlizadə: “Suriya müharibəsi başlasa, Azərbaycan Türkiyəni dəstəkləyəcək”

Aktual

5 Oktyabr 2012, 16:08

“Türkiyənin Suriya ilə müharibəyə başlamasının əsas səbəbi odur ki, Qərb İranın bölgədəki nüfuzuna zərbə vurmaq istəyir”.
Bu sözləri Modern.az-a Suriya-Türkiyə arasında başlanan müharibəni şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, əvvəlcə Suriyaya qarşı informasiya müharibəsinə başlayıb Bəşər Əsədi diktator adlandırdılar.

“Amma Ərəb dünyasında ən böyük diktaturalar Səudiyyə Krallığı və Qatar əmirliyindədir. Onlar ABŞ-ın bir nömrəli müttəfiqləridir. Bəşər Əsəd də əlbəttə, diktatordur. Amma dünyəvi diktatordur. Səudiyyə kralı bütün Ərəb dünyasındakı “küçə uşaqları”nı Suriyaya göndərib. Onlar da guya inqilaba başlayıblar. İnqilabın nəticəsi odur ki, Suriya artıq xarabadır, bütün tarixi-mədəni abidələri dağılıb. 90 min qaçqın Türkiyədə, 100 min Livanda, İordaniyadadır. Ölkədə ABŞ-ın təhriki ilə vətəndaş müharibəsi gedir.”.

  Z. Əlizadə qeyd edib ki, Türkiyə bu məsələdə Qərbin yanındadır. “Türkiyə Suriyadakı qiyamçılara silahlı dəstək verir. Türkiyə ilə Suriya arasında sərhədi pozan da qiyamçılardır. Amma Türkiyə şahə qalxıb Əsədi ittihamlayır. Suriya hökuməti başa düşür ki, bu atəş, qətllər müharibə başlanması üçün bəhanədir. NATO-nun dəstəyi ilə geniş miqyası müharibə olacaq. Suriya parçalanacaq və Qərbin nəzarətinə keçəcək, İranın HƏMAS və “Hizbullah”la əlaqəsi kəsiləcək və İran təklənəcək. Bu, siyasi oyunun tərkib hissədir. Türkiyədə də bu oyunda əsas hərəkətverici qüvvə rolunu oynayır”, – deyə politoloq bildirib.  

Politoloq qeyd edib ki, müharibə olarsa, Azərbaycan Türkiyənin yanında olacaq.  

S.İltifatqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı