Modern.az

Milli Məclis Gülər Əhmədovanın adını sildi

Milli Məclis Gülər Əhmədovanın adını sildi

Aktual

5 Oktyabr 2012, 17:27

Milli Məclisin rəsmi saytı eks-deputat Gülər Əhmədovanın adını  deputaların siyahısından çıxarıb.  Modern.az bildirir ki, həmçinin G.Əhmədovanın təmsil olunduğu  34 saylı Xətai 2-ci seçki dairəsinin adı da parlamentin rəsmi saytından götürülüb.

Qeyd edək ki, G.Əhmədova məlum video qalmaqalı ilə bağlı mandatdan imtina etməsi ilə bağlı MSK-ya müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.
34 saylı Xətai 2-ci seçki dairəsinin yeni deputatının seçlib-seçilməyəcəyi yaxın bir ayda məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!