Modern.az

Qurban bayramında ucuz heyvan satışı təşkil olunacaq - RƏSMİ ELAN

Qurban bayramında ucuz heyvan satışı təşkil olunacaq - RƏSMİ ELAN

Aktual

10 Oktyabr 2012, 16:54

Qurban bayramında süni qiymət artımının qarşısı alınacaq. Modern.az-a bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Nazirlik sözçüləri bildirib ki, Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər.

Satış məntəqələrinin ünvanları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı