Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək 12-ci sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, oktyabrın 16-da keçiriləcək sammitdə Ərdoğanla yanaşı, Pakistan prezidenti Asif Əli Zərdari də iştirak edəcək.
İqtisadi Əməkdaşlıq Təşkilatının yaydığı məlumata görə, sammitdən bir gün əvvəl quruma daxil olan ölkələrin Nazirlər Şurası toplaşacaq. İclasa Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sədrlik edəcək. Nəqliyyat, ticarət, enerji, ekologiya və kənd təsərrüfatı sahələrində 2011-2012-ci illərdə əldə edilən nəticələrin müzakirə ediləcəyi toplantıda 2012-2013-cü illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi də aparılacaq.
Modern.az