Modern.az

Azərbaycanın eks-prezidentlərinə dövlət büdcəsindən pul ayrıldı

Azərbaycanın eks-prezidentlərinə dövlət büdcəsindən pul ayrıldı

Aktual

13 Oktyabr 2012, 13:44

Eks-prezidentlər üçün 2013-cü ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, ilk dəfə olaraq, gələn ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqında” Konstitusiya qanunun icrası üçün tələb olunan məbləğdə vəsait ayrılacaq. Bu vəsait pensiya müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin, sosial məsələlərin və digər sosial tədbirlərin maliyyə təminatı üçün ayrılmış xərclərin siyahısına salınıb.
2013-cü ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1,813 milyon 600 min manat vəsait proqnozlaşdırılıb.
 
Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı