Modern.az

Maaş və pensiyalar artırılacaq - SİYAHI

Maaş və pensiyalar artırılacaq - SİYAHI

Aktual

13 Oktyabr 2012, 14:35

Modern.az saytının xəbərinə görə, gələn il bir sıra sahələrdə maaş, pensiya və müavinətlərin artırılması nəzərdə tutulur. 

Bu, 2013-cü ilin büdcə layihəsində öz əksini tapıb.

Nazirlər Kabinetindən Modern.az-a gələn il neçə nəfərin maaş, pensiya və müavinətlərinin artırılacağı barədə məlumat verilib.

Hökumətən saytımıza bildirilib ki, 2013-cü ildən dövlət büdcəsidən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərüüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının (700 min nəfər) aylıq əmək haqqları və minimum əmək haqqının həddi artırılacaq.

Zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin o cümlədən yaşa (16,4 min nəfər), əlilliyə (107,8 min nəfər), ailə başçısı itirməyə (39,5 min nəfər), uşağın anadan olmasına görə (112,4 min nəfər), sağlamlıq imkanları məhdud olan 18 yaşa qədər uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan (0,8 min nəfər), şəhid uşaqlarına (0,4 min nəfər), müharibə əlillərinin uşaqlarına (18,4 min nəfər), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə (5,5 min nəfər), müharibə veteranlarına (53,7 min nəfər) verilən müavinətlərin artırılması da nəzərdə tutulur.

Bundan başqa, dəfn üçün nəzərdə tutulan müavinətlərin, əmək pensiyalarının mimimum məbləğinin, məcburi köçkünlərə verilən yemək xərcini (538 min nəfər), şəhid ailəsi (13,8 min ailə), müharibə əlilləri (148,8 min nəfər) üçün və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxlərə (200 nəfər nəfər), Prezident təqaüdünün, ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirldərə, doktorantlara (85,8 min nəfər) verilən təqaüdlərin artırılması da təmin ediləcək.

Qeyd olunan əmək haqlarının və sosial ödənişlərin artırılması üçün 2013-cü il dövlət büdcəsinin layihəsində üst-üstə 240 milyon manatdan çox vəsait nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı