Bakıda keçirilən futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatı Fransa komandasının qələbəsi ilə başa çatıb. Modern.az-ın məlumatına görə, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatının final oyunu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də final oyununu canlı izləyib. Final oyununu həmçinin Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləyiblər.
Qeyd edək ki, final oyununda Fransa və Koreya komandaları qarşılaşıblar. Qarşılaşmada 1:1 başa çatıb. Oyundan sonrakı penalti zərbələrinində Fransa 7:: hesabı ilə qalib gələrək “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin kubokuna sahib olublar.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera və başqaları təqdim ediblər. Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşıladı. Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatıb.
Modern.az