Modern.az

Türkiyənin baş naziri, Pakistanın prezidenti Bakıya gəlib

Türkiyənin baş naziri, Pakistanın prezidenti Bakıya gəlib

Aktual

16 Oktyabr 2012, 09:47

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.  (AzərTAc)
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari də İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün oktyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistan Prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı