Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyasının bugünkü iclasında adı 1 milyonluq rüşvət qalmaqalında keçən sabiq deputat Gülər Əhmədovanın məsələsindən danışılıb.
Modern.az xəbər verir ki, millət vəkili Fazil Mustafa çıxış edərək bu məsələdən bəhs edib.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov Gülər Əhmədova olayına münasibət bildirib. Spiker Fazil Mustafanın dediklərinə şərik çıxaraq, bildirib ki, parlamentdə bu məsələdən danışmaq heç kimə qadağan olunmayıb. O.Əsədovun sözlərinə görə, bəzən kimlərsə Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar.
Spiker deyib ki, Gülər Əhmədova öz ərizəsilə deputat mandatından imtina edib və bu məsələ ilə bağlı hazırda istintaq gedir.
"Gülər xanım deputat mandatından imtina edib, istintaq gedir, bu məsələni şişirtmək lazım deyil”.
Modern.az