Modern.az

Bu gün Orxan Kərimovun məhkəməsidir

Bu gün Orxan Kərimovun məhkəməsidir

Aktual

17 Oktyabr 2012, 12:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin keçmiş əməkdaşı Orxan Kərimovun məhkəməsi olacaq. Modern.az-a bu barədə məlumat verən O.Kərimov bildirib ki, məhkəmədən sonra prosesin gedişatı ilə bağlı ətraflı məlumat verəcək.

  Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.  Amma  prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. Orxan Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxana ürəyindən əməliyyat olunub.  

Sevinc İltifatqızı
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı