Modern.az

Serbiyada “Xəzər lüğəti” kitabının müəllifi anılıb

Serbiyada “Xəzər lüğəti” kitabının müəllifi anılıb

Aktual

17 Oktyabr 2012, 13:01

Oktyabrın 15-də Belqradda görkəmli serb yazıçısı, dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin anadan olmasının 83-cü ildönümü qeyd olunub. Bu barədə Modern.az-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib. Yazıçının yaxınları, Belqrad şəhər meriyasının və ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış “Taşmaydan” parkını ziyarət edərək, əvvəlcə Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin, sonra isə Milorad Paviçin heykəlləri qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.

Milorad Paviçin oğlu rəssam İvan Paviç tədbir iştirakçıları qarşısında çıxış edərək, atasının xatirəsinə göstərilən böyük diqqət və ehtirama, həmçinin onun xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan və Serbiya dövlətlərinin rəhbərlərinə, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Tədbirdə yazıçının yaxınları, qələm dostları və digər iştirakçılar Milorad Paviçin xatirəsini yad edərək, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs ediblər.    
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı