Modern.az

Testin qalıb-qalmaması qərarını deputatlar gələn həftə verəcəklər

Testin qalıb-qalmaması qərarını deputatlar gələn həftə verəcəklər

Aktual

24 Oktyabr 2012, 09:07


“Ali təhsil haqqında” qanun layihəsi gələn həftə Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunacaq. Bu barədə Modern.az-a komitədən məlumat veriblər əlavə ediblər ki,  qanun layihəsini növbəti həftə millət vəkilləri müzakirə edəcək.

Test üsulunun ləğv edilməsi, yaxud yarıtest üsulunun olması müzakirə obyekti olacaq.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsinin bir sıra müddəaları indidən ciddi ajiotaj doğurub. Belə ki, yeniliklər arasında qəbul imtahanlarındakı test üsulunun ləğvi, yaxud yarıtest üsulunun tətbiqi təklif olunur.

Məlumatlara görə, yeni qanunda ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test üsulunun məzmunu dəyişdiriləcək.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı